Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyə Suriyada terrorçulara qarşı əməliyyata başlayıb, çoxlu sayda texnika məhv edilib

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada terrorçulara qarşı əməliyyata başlayıb.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, MİT Suriyadakı vəziyyətdən sui-istifadə etmək istəyən PKK/YPG terror təşkilatının Kamışlı bölgəsində Bəşər Əsəd rejimindən qalan raket, ağır silah və sursatları ərazidən çıxarmaq istədiyini müəyyənləşdirib.

Bundan sonra əməliyyata başlanılıb. Nəticədə raket və ağır silahlarla dolu 12 tır, iki tank və iki sursat anbarı məhv edilib.

Məlumata görə, terrorçular həmin silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etmək istəyib.

MİT mənbələri bildirib ki, regionda terrorçulara qarşı mübarizə davam edəcək.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …