Çərşənbə , 8 May 2024
Drone Cameras

“Türkiyə – tək ürək” kampanyası bitib, 115 milyard lirədən çox vəsait toplanıb – YENİLƏNİB

“Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayım bitib.

Boyukmillet.com xəbər verir ki, kampaniya çərçivəsində toplanan vəsait 115 milyard 146 milyon 528 min lirə təşkil edib, 9 milyon 10 min SMS göndərilib.

Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

2023-02-15 23:42

“Türkiyə, tək ürək” kampaniyasında toplanan ianə 101 milyard lirəni keçib.

Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, bu saata olan rəqəm 101 milyard 101 milyon lirə təşkil edir.

Kampaniyaya dünyanın hər yerindən iş adamları, sənətçilər, siyasətçilər, QHT rəsmiləri və sadə vətəndaşlar qatılıb.

Ən çox ianəni Türkiyə Mərkəzi Bankı (30 milyard lirə), “Ziraat Bank” (20 milyard lirə) və “VakıfBank” (12 milyard lirə) keçirib.

Qeyd edək ki, bu gün saat 20:00-da “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib.

Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilir.

Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.

Check Also

ABŞ səfiri müəyyən müddət üçün Rusiyanı tərk edib

ABŞ-nin Moskvadakı səfiri Lin Treysi müəyyən müddət üçün Rusiyanı tərk edib. Boyukmillet.com xəbər verir ki, …