Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edib

Türkiyə adi xarici pasportlara malik Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib.

“Report”un məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi hökumət nəşri “Resmi qazete”də dərc olunan fərmanında deyilir.

“Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğv edilməsi qərara alınıb”, – sənəddə deyilir.

Qərar “Əcnəbilər və beynəlxalq müdafiə haqqında” Qanun əsasında qəbul edilib. Qərar qəzetdə dərc edildiyi gündən qüvvəyə minib.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …