Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Buldan qəsəbəsindəki yanğını söndürüb

Türkiyənin Dənizli bölgəsində baş verən meşə yanğınlarından biri söndürülüb.

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Dənizlinin Buldan qəsəbəsindəki yanğın Türkiyə və Azərbaycan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən yerli vaxtla saat 02:30 radələrində söndürülüb: “Hazırda Tavas kəndindəki yanğının söndürülməsi istiqamətində işlər görülür”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika – yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 252 nəfər şəxsi heyət daxildir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …