Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq.

2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq iki görüş keçiriblər – yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada.

Check Also

Türkiyə NATO missiyasının tərkibində xidmət edən hərbçilərini İraqdan çıxarıb

Türkiyənin NATO missiyasının tərkibində xidmət edən hərbçiləri İraqdan təxliyə olunub. Boyukmillet.com xəbər verir ki, bunu …