Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyə xarici işlər nazirinin müavini bu gün Rusiyaya səfər edəcək

Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakçı bu gün Rusiyaya səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatındakı (QDİƏT) rusiyalı həmkarlarla məsləhətləşmələr aparmaqdır.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Türkiyənin təşəbbüsü ilə yaradılmış Qara dəniz regionunun və Cənubi Balkanların 12 dövlətinin regional iqtisadi birliyidir. QDİƏT üzvləri Rusiya, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya, Türkiyə və Ukraynadır.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …