Bazar , 11 Yanvar 2026
Drone Cameras

Türkiyə XİN başçısı regional prosesləri müzakirə etmək üçün Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq və regional prosesləri müzakirə etmək üçün Misirə səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Cənab nazirimiz 4-5 avqust 2024-cü il tarixlərində Misirdə rəsmi səfərdə olacaq. Görüşlərdə ikitərəfli münasibətlərimizlə yanaşı aktual beynəlxalq və regional proseslərin müzakirə olunacağı gözlənilir”, – mətbuat xidməti diqqətə çatdırıb.

Xatırladaq ki, daha ötən Türkiyənin baş diplomatı Qətərdə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin dəfn mərasimində iştirak etmişdi.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …