Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Türkiyə XİN: Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb

Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb.

Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumatda qeyd olunub.

Nazirliyin Pakistan və Hindistan arasında yaşanan son hadisələrlə bağlı yaydığı bəyanatda bildirilib ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir:

“Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik”.

Tərəfləri sağlam düşüncəyə və birtərəfli hərəkətlərdən çəkinməyə çağıran bəyanatda vurğulanıb ki, Türkiyə ümid edir ki, bölgədəki gərginliyi azaltmaq üçün ən qısa zamanda lazımi tədbirlər görüləcək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılacaq.

“Biz Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyirik”, – bəyanatda qeyd edilib.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …