Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyədə 666 qeyri-qanuni miqrant və 52 təşkilatçı saxlanılıb

Türkiyənin 81 əyalətində qeyri-qanuni miqrasiya və onun təşkilatçılarına qarşı keçirilən əməliyyatlar zamanı 14-ü əcnəbi olmaqla, ümumilikdə, 52 təşkilatçı saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Nazir bildirib ki, 402 min 98 nəfərin şəxsiyyət vəsiqəsi yoxlanıldığı əməliyyatda 666 qeyri-qanuni miqrant saxlanılıb.

Onların öz ölkələrinə geri göndərilməsi ilə bağlı prosedurlara başlanılıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …