Cümə , 9 Yanvar 2026
Drone Cameras

Türkiyədə Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Ankarada Azərbaycanın Milli Musiqi Günü münasibətilə Müsəlman Şərqində ilk operanın müəllifi, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə tədbir keçirilib.

“Report”un Türkiyə bürosunun xəbərinə görə, “Azərbaycan-Türkiyə dünya musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı tədbir Qazi Universiteti, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi, Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin dəstəyi ilə təşkil edilib.

Bədi proqramda dövlət və beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar, elm xadimləri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Azərbaycanın əməkdar artisti İslam Manafov tədbirin açılışında çıxış edərək Üzeyir Hacıbəylini “bütün türk dünyasının inicisi” adlandırıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Üzeyir Hacıbəylinin yubileyi münasibətilə Türkiyədə də çox sayıda tədbirlər, nəşrlər, təqdimatlar və konsertlər təşkil olunub.

S.Abbasov deyib ki, Azərbaycan və dünya mədəniyyət xəzinəsində mühüm yer tutan musiqi dühasının qardaş Türkiyədə yad edlməsini qürurverici hissdir: “O, Anadoludan Qafqaza “könül körpüsü” yaratmışdı”.

Sonda tanınmış dahi bəstəkara həsr olunmuş film nümayiş olunub.

Check Also

Suriyadan Türkiyəyə gələn yük maşınında onlarla avtomat aşkarlanıb

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda Suriyadan ölkəyə daxil olan yük maşınının yanacaq çənində onlarla avtomat …