Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyədə bir ayda 25 terrorçu məhv edilib

Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi antiterror əməliyyatları nəticəsində iyun ayında 92 terrorçu zərərsizləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə DİN-in sözçüsü İsmayıl Çataklı bildirib.

Onun sözlərinə görə, 92 terrorçudan 25-i məhv edilib, 46-sı sağ olaraq ələ keçirilib, 21-i isə könüllü şəkildə polisə təslim olub:

“Terrorçu PKK-nın 601, FETÖ-nun 1 709, İŞİD-in 307, sol ideologiyalı terror qruplaşmasının 44 üzvü olmaqla iyunda 2 661 şübhəli tutulub. Onların 401-i barəsində məhkəmə həbs qətimkan tədbiri seçib”.

Check Also

SEPAH Tel-Əvivdəki hökumət kompleksinə hava zərbələri endirir

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tel-Əvivdəki hökumət kompleksinə, Hayfadakı hərbi və güc strukturlarının mərkəzlərinə, həmçinin …