Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Polisin “Saxla” əmrinə tabe olmayan “KamAZ” qəza törətdi

Salyan rayonunda polisin “Saxla” əmrinə tabe olmayan “KamAZ” qəza törədib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

İyulun 30-da saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Salyan rayonu ərazisində yerləşən daimi postunda üzərində dövlət qeydiyyat nişanları olmayan “KamAZ” markalı avtomobilə “Saxla” işarəsi verilib.

Lakin sürücü tabesizlik göstərərək nəqliyyat vasitəsini “KİA” markalı xidməti avtomobilin arxa qanadına vurub.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə sürücü saxlanılıb. Onun Dayıkənd kənd sakini E.Cəbrayılov olduğu müəyyən edilib.

E.Cəbrayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.3-cü, 332.1-ci, 332.1-ci, 332.2-ci, 341.2.1-ci və 342.7-ci maddələri ilə protokol tərtib edilərək Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Araşdırma aparılır

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …