Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyədə cinayətkar dəstələrə qarşı əməliyyat keçirilib, 130 şübhəli saxlanılıb

Türkiyənin doqquz vilayətində beş müxtəlif cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

Bildirilib ki, “Kuyu-40” əməliyyatı nəticəsində 130 nəfər saxlanılıb, onlardan 99-u həbs olunub.

Əməliyyatlar nəticəsində həmçinin 40 sənədsiz tapança, 23 sənədsiz ov tüfəngi, çoxlu sənəd aşkarlanıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …