Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyədə fabrikdə partlayış: 12 ölü, 3 yaralı

Vali təxribat ehtimalının olmadığını deyir

Türkiyənin Balıkəsir bölgəsində sursat istehsal edən fabrikdə partlayış olduğu, 12 nəfərin həyatını itirdiyi bildirilir.

Balıkəsir valisi İsmail Ustaoğlu hadisənin saat 08:25-də baş verdiyini deyib.

“12 vətəndaşımız həyatını itirib, 3 yaralı var, təxribat ehtimalı yoxdur”, – vali bildirib.

Ustaoğlu bildirib ki, partlayış ZSR partlayıcı istehsal müəssisəsində baş verib.

O, hadisənin fabrikin kapsul istehsalı bölməsində baş verdiyini, daha sonra isə binanın çökdüyünü bildirib.

Partlayış zamanı fabrikdə neçə nəfərin olduğu məlum deyil.

Yanğınla əlaqədar əraziyə çoxlu yanğınsöndürmə briqadaları və təcili yardım maşınları göndərilib.

Ədliyyə naziri Yılmaz Tunç ölkənin Baş Prokurorluğu tərəfindən istintaq başladıldığını və Baş prokuror müavininin koordinasiyası ilə 4 dövlət ittihamçısının təyin edildiyini açıqlayıb.

“ZSR” şirkəti “mülki partlayıcı maddələr”, eləcə də döyüş sursatları, ovçuluq və səs patronları istehsal edir.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …