Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub

Türkiyədə fövqəladə vəziyyət rejimi elan olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Dövlət başçısı bildirib ki, fövqəladə vəziyyət rejimi üç ay müddətində 10 vilayətdə qüvvədə olacaq.

Ərdoğan həmçinin axtarış-xilasetmə tədbirlərinin sürətlə davam etdiyini də söyləyib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm elan edib.

Check Also

İranlı nazir müavini: Təhsil sistemində 120 tədris problemi aşkarlanıb

Təhsil sistemində 120 tədris problemi aşkarlanıb. Boyukmillet.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın …