Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyədə gecəyarısı çevriliş işarətli bəyanat yayan 104 admiraldan 10-u HƏBS OLUNDU – MƏNZİL VƏ MÜHAFİZƏ HÜQUQLARI ƏLİNDƏN ALINDI

Türkiyədə Dəniz Qüvvələrindən təqaüddə olan 104 admiralı Montrö Boğazlar Müqaviləsi və adı açıqlanmayan bir admiralın məsciddə cübbə geyindiyi iddia olunan fotosunu bəhanə edərək hökuməti təhdid edən və dövlət çevrilişinə işarə vuran bir bəyanat yaymışdı.

Boyukmillet.com xəbər verir ki, Türkiyə cəmiyyətində böyük etirazlarla qarşılanan bəyanatdan sonra, Ankara Prokurorluğu təqaüddə olan 104 admiral haqqında  “Dövlətin təhlükəsizliyinə və Konsitutsiya sisteminə qarşı cinayət tərətmək üçün birləşmə” maddəsi ilə cinayət işi başlatmışdı. 

Bu gün məhkəmənin qırarı ilə dövlət çevrilişinə işarə edən bəyanatı imzalayan 104 admiralın mənzil və mühafizə hüquqları əllərindən alınıb. İstintaq çərçivəsində isə 10 admiral saxlanılıb. 4 şübhəli admiralın isə yaşlarının coxluğuna görə istintaq dövründə həbs olunmamalarına qərar verilib.

İstintaq davam edir. 

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …