Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyədə hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı hoteldə baş vermiş yanğının səbəbi məlum olub.

Boyukmillet.com “Haber7”ə istinadən xəbər verir ki, bu barədə istintaq materiallarında qeyd olunub.

Bildirilir ki, hotelin mətbəxində səhər yeməyi hazırlanarkən manqala tökülən yağ yanıb. Bundan sonra aşpazların yanğına səhv müdaxiləsi, həmçinin suyu yanlış qaydada tökməsi nəticəsində alov genişlənərək ətrafa yayılıb.

Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.

Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …