Bazar , 11 Yanvar 2026
Drone Cameras

Türkiyədə sel nəticəsində 47 nəfərin itkin düşdüyü açıqlanıb

Türkiyənin qərbi Qara dəniz bölgəsində yaşanan sel fəlakəti nəticəsində 47 nəfər itkin düşmüş sayılır.

Boyukmillet.com  “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, quruma Sinop və Kastamonu şəhərlərində ümumilikdə 47 sakinin itkin düşməsi ilə bağlı müraciət daxil olub. Hazırda itkin düşənlərin axtarışı ilə bağlı tədbirlər davam etdirilir.

Qeyd edək ki, sel nəticəsində 70 nəfər həyatını itirib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …