Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyədə Xocalı soyqırımın anılıb -FOTO

“Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə Baş Koordinatorluğu ilə “Kocaeli Qarabağ Azərbaycan Həmrəylik və Vətəndaşlıq Dərnəyi”nin sədrliyi ilə Qarabağ, Xocalı Soyqırımı və Erməni xəyanətləri ilə bağlı ictimai dinləmə keçirilib.

Boyukmillet.com bildirir ki,  Bu barədə Herbiand.az-a tədbirdə iştirak edən “Qardaşlığımız Əbədidir” QHT kolisiyasın sədri Emin Həsənli məlumat verib.

Kocaeli Vətəndaş Cəmiyyəti Mərkəzində keçirilən toplantıya çoxlu sayda QHT rəhbərləri və universitet tələbələri qatılıb.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

“Qardaşlığımız Əbədidir” QHT kolisiyasın sədri Emin Həsənli, Anadolu Aydınlar Dərnəyinin sədri Prof. Dr. İbrahim Öztek, “Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə Koordinatoru Dr. Elvin Əbdürəhmanlı və Kocaeli Qarabağ Dərnəyi başqanı Prof. Dr. Günəş Şahin çıxış edərək bir millət, iki dövlət ideyasının real təzahürləri barədə fikirlərini ölüşüblər.

Azərbaycan və Türkiyənin bütün türk dövlətləri ilə nümunəvi işi və əməkdaşlığı, Azərbaycanın siyasi və iqtisadi inkişafı, Qarabağın dünəni və bu günü, Xocalıda baş verənlər, Birinci və İkinci Qarabağ müharibələri, müharibədən sonrakı regionun gələcəyi və yeni enerji marşrutlarının əhəmiyyəti xüsusi vurğulanıb.

Daha sonra çıxışçılar tədbirdə iştirak edən gənclərin suallarını cavablandırıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …