Cümə , 13 Mart 2026
Drone Cameras

Türkiyədə yanğın səbəbindən bir kənd tamamilə boşaldılıb

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonunda yerləşən meşəlik ərazidə yanğın baş verib.

Boyukmillet.com xəbər verir ki, yerli vaxtla təxminən saat 15:00-da başlayan yanğının böyüməsi ilə əraziyə 2 amfibiya təyyarəsi, 20 helikopter, 20-ə yaxın yanğınsöndürən maşın və 400-ə yaxın mütəxəssis cəlb olunub.

Hadisə barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli açıqlama verib. Bildirib ki, Gelibolu rayonunun tarixi yarımadasındakı meşə yanğını səbəbilə təxminən 300 nəfər əhalisi olan Yalova kəndi tamamilə boşaldılıb. Yanğın bölgəsindən yüksələn dumanlar Çanaqqala Boğazını bürüyüb. Bu səbəbdən boğazda gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …