Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Türkiyədən Cənubi Qafqaza yeni avtomobil tuneli açılır

Sabah Türkiyə ilə Cənubi Qafqaz ölkələri arasında yeni avtomobil tuneli açılır.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin şərqində açılacaq “Pırınkayalar” tuneli yeni nəqliyyat arteriyasına çevriləcək.

Tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək və 2 246 m uzunluğa malikdir.

Açılış mərasiminin iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında müraciət edəcək.

Yeni tunel Türkiyə-Gürcüstan sərhədi istiqamətində yolun vacib hissəsini təşkil edəcək. Bununla da Anadolunun şimal-şərqində yerləşən dağlıq rayonları vasitəsilə yük daşımaları asanlaşacaq.

Check Also

Türkiyə MN Qara dənizdə dron hücumları ilə bağlı xəbərdarlıq edib

Türkiyə Qara dənizdə gəmiçilik təhlükəsizliyinə risk yaranmaması ilə bağlı tərəfdaşlarla danışıqlar aparır və zəruri xəbərdarlıqlar …