Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Türkiyədən kritik mesaj: Ukraynada savaş olsa, Rusiya ilə…

Azərbaycan və Suriyada yaşananlar çətin şəraitdə Türkiyə ilə Rusiyanın birgə hərəkət edə biləcəyini göstərdi.

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri, AKP-dən olan deputat Murad Bayburt deyib.

“Türkiyənin Krımın ilhaqını qəbul etməməsinə rəğmən Rusiya ilə əlaqəsi pozulmayıb. Rusiyaya Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğumuzu dəfələrlə demişik. Buna rəğmən Ukraynada yaranacaq böyük böhran Türkiyə-Rusiya münasibətlərini zədələməz. Məncə, əlaqələrimiz daha da qüvvətlənəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə NATO üzvü olsa da, özünün geosiyasi maraqları var:

“Türkiyə NATO üzvüdür, Avropa Birliyinə girmək istəyən ölkədir. Lakin bizim özümüzə aid geosiyasətimiz və geostrategiyamız var. Rusiya ilə masada oturduğumuz zaman Moskva bizə kömək edəcək, biz də Rusiyaya kömək edəcəyik”. (axar.az)

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …