Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib

Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində şəhid olmuş general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər.

Baku TV xəbər verir ki, türkiyəli həkimləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli müşayiət edib. 

Dərnəyin sədr müavini Həsən Yavuzhan Baş və dərnəyin üzvü Xalid Gökalp Küçük şəhidin anası Səmayə Həşimovaya və ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, şəhid anasına Türkiyə bayrağını hədiyyə ediblər.

Şəhid anası bayrağı qəbul edərək öz ehtiramını bildirib, Türkiyə xalqının və hökumətinin hər zaman Azərbaycanın yanında olmasından qürur duyduğunu deyib.

Birliyin sədri Emin Həsənli hər zaman Azərbaycan hərb həkimləri ilə bərabər savaşlarda olmağa hazır olduqlarını bildirib. Milliyyətçi Həkimlər Dərnəyinin sədr müavini Həsən Yavuzhan Baş Polad Həşimovun vətəni üçün etdiklərini yüksək qiymətləndirib. 

Həkim Xalid Gökalp isə Azərbaycan – Türkiyə qardaşlığı üçün əllərindən gələni etməyə hər zaman hazır olduqlarını deyib. 

Türkiyəli həkimlər səfər çərçivəsində digər şəhid ailələrini də ziyarət edəcək, döyüş bölgələrində və hərbi hissələrdə olacaqlar. 

Onlar Qurban bayramı münasibətilə Tovuz rayonunun Ağdam kəndində əhali ilə görüş keçirəcəklər.

Check Also

30 yaşadək olan şəxslərin DİQQƏTİNƏ! – Müdafiə Nazirliyi ELAN VERDİ

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna …