Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyəli nazir Qarabağ Zəfərinin ildönümü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Qarabağ Zəfərinin ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, sentyabrın 7-də Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib

Qonaq Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada keçirilmiş Fövqəladə Zirvə görüşünün önəmini qeyd edərək deyib:

“Hörmətli cənab Prezident, hüzurunuzda olmaqdan duyduğum məmnuniyyəti bir daha ifadə edir, bu sıx qrafikinizdə bizə vaxt ayırdığınız üçün təşəkkürlərimi bildirirəm. Həmçinin yaxınlaşmaqda olan Qarabağ Zəfərimizin ildönümü münasibətilə qardaş Azərbaycanımızı təbrik edir, şəhidlik zirvəsinə yüksəlmiş bütün azərbaycanlı qardaşlarımızı rəhmət və minnətlə anıram”.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …