Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyəli nazir: “Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir”

“1915-ci ildə Çanaqqalada çiyin-çiyinə necə savaşıblarsa, Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun igidləri də eyni duyğu ilə döyüşüblər”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Bakıdakı Türk Şəhidliyində xatirə dəftərində qeyd edib.

“Azərbaycanda şəhid olan əsgərlərimiz Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq əlaqələrinin heç vaxt sarsılmayacağının sübutudur. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir. Türkiyə həmişə qardaş Azərbaycanın yanında olacaq və hər mövzuda tərəddüdsüz dəstəyini göstərməyə davam edəcək”, – o bildirib.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …