Drone Cameras

Türkiyəli şərhçi: “Ermənistan rəhbərliyi yeni reallıqla barışmalıdır”

“Azərbaycanın doğma torpaqlarını işğaldan azad etməsi ilə regionu münaqişə zonası kimi saxlayaraq balans yaratmağa çalışan siyasi dairələrin qarşısı alındı. Konkret olaraq, ABŞ və Fransanın tətbiq etdiyi ikili standartlar, Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə xələl gətirməyə hesablanmışdı”

Onun sözlərinə görə, Azərbaycan ikili standartlara baxmayaraq, misilsiz qələbə qazandı: “Bu qələbədən sonra Ermənistanın Azərbaycanı təhrik etmək məqsədi güdən əməlləri birmənalı olaraq təxribat xarakteri daşıyan hərəkətlərdir. Ermənistan sülh müqaviləsi bağlamağa hazırlaşmaqdansa, indiki mərhələdə acizanə şəkildə bu kimi yersiz fəaliyyətlər nümayiş etdirir. Bu yolla yenə öz havadarlarını regionda aktivləşməyə səsləməkdədir”.

Siyasi şərhçi deyib ki, Ermənistanın bu həmlələri təsadüfi deyil: “Ancaq Ermənistan rəhbərliyi və ictimaiyyəti yeni reallıqla barışmağa məhkumdur. Azərbaycan isə Türkiyə, Rusiya, İran, Çin və Britaniya ilə olan əməkdaşlığını daha da möhkəmləndirərək yeni yaratmış olduğu siyasi reallığı köklü surətdə əsaslandıracaq”.

Check Also

Baş nazir: Özümüzü mühüm Orta Dəhliz ölkəsi, təhlükəsiz və etibarlı dövlət hesab edirik

Tədbirin əsas şüarı iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq və gələcək planlar üçün platforma təklif edən “Gələcəyə …