Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”da yazıb.

O bildirib ki, saxlanılan şəxslərdən 43-ü həbs edilib, bir nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Digər şəxslərlə bağlı prosedurlar davam edir.

Məlumata görə, əməliyyatlar Afyonkarahisar, Aksaray, Ankara, Antalya, Burdur, Bursa, Çankırı, Çorum, Diyarbəkir, Düzce, Edirne, Elazığ, Eskişehir, Giresun, Gümüşhane, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Muğla, Ordu, Osmaniye, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van, Yozqat və Zonquldakda həyata keçirilib.

A.Yerlikaya vurğulayıb ki, milli iradəyə qarşı qurulan tələlər bir-bir ifşa olunur:

“Dövlətimizin bütövlüyünə və xalqımızın əmin-amanlığına qəsd edənlərlə mübarizəmiz qətiyyətlə davam edir”.

Check Also

Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət etdi

İran prezidenti Məsud Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, o, X hesabında …