Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə orduda tədbirlər keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Tədbirlərdə əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib.

Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri təşkil olunub, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Çıxış edənlər Türkiyənin Cümhuriyyət bayramının Azərbaycanda təntənəli şəkildə qeyd edilməsindən, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından danışıblar.

Check Also

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus …