Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycana gəlib – FOTO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birinci müavini, Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Boyukmillet.com xəbər verir ki, nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gedib və qədim şəhərin tarixi abidələri ilə tanış olublar. Nümayəndə heyətini Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı müşayət edib.

AKP rəsmiləri Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradov, Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Baş nazirin müavini Əli Əhmədov ilə görüşəcəklər. Daha sonra Gəncə şəhərində “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” adlı konfrans keçiriləcək. Səfər birgə mətbuat konfransı ilə başa çatacaq.

Xatırladaq ki, N. Kurtulmuşun rəhbərlik edəcəyi nümayəndə heyətinə AKP-nin xarici əlaqələr üzrə məsul nümayəndəsi Efkan Ala, baş katibi Fatih Şahin, partiyanın qadın təşkilatının sədri Ayşe Keşir, gənclər təşkilatının sədri Eyüp Kadir İnan, AKP sədrinin müavininin köməkçisi Ahmet Büyükgümüş, xarici əlaqələr şöbəsinin müdirinin köməkçisi Mehmet Ceylan və baş katibin köməkçisi Türk İslam Karakoç daxildir.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …