Bazar , 22 Noyabr 2026
Drone Cameras

Türkiyənin İraqın şimalında PKK-nı məhv edəcək planının detalları açıqlanıb

Türkiyənin İraqın şimalında PKK terror təşkilatını tamamilə məhv edəcək planının detalları açıqlanıb.

Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, İraqda ortaq hərəkət mərkəzinin qurulması üçün işlərə başlanılıb.

Qeyd olunub ki, PKK-nın bölgədən tamamilə təmizlənməsi üçün strateji bir nöqtədə mərkəz qurulacaq. İraqın Kandil, Sincar, Mahmur, Süleymaniyə və Qara bölgələrində PKK-nın nəzarət nöqtələri müəyyənləşdirilərək təmizlənəcək.

Məlumata görə, Türkiyə sərhəd təhlükəsizliyini təmin etmək üçün İraqla diplomatik təmasları davam etdirir.

Bildirilib ki, PKK terrorçularının yerləşdiyi nöqtələr müəyyən edildikdən sonra həmin ərazilər üçün əməliyyatların planı müəyyənləşdiriləcək.

Xatırladaq ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İraqda yeni əməliyyatın anonsunu verib. Onun sözlərinə görə, Türkiyə bu yay terror problemindən xilas olacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il 12 ildən sonra ilk dəfə İraqa səfər edəcək.

Check Also

Hörmüz boğazında ABŞ-nin kəşfiyyat-zərbə dronu vurulub

Hörmüz boğazının şərqində ABŞ-yə məxsus 20-ci “MQ-1” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı (PUA) vurulub.Boyukmillet.com xəbər verir …