Türkiyənin aerokosmik sənaye qurumu olan “Baykar”ın rəhbəri Selçuk Bayraktar istehsal ediləcək yeni döyüş təyyarəsi barədə açıqlama verib.
Boyukmillet.com xəbər verir ki, o bildirib ki, yeni təyyarənin sürəti səs sürətinə yaxın olacaq.
“Bundan sonrakı layihəmizin prototipləri isə səsin sürətindən çox olacaq. Növbəti layihəmizi supersonik qabiliyyətə malik formada istehsal edəcəyik” – o əlavə edib.
“Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq”.
Türkiyənin aerokosmik sənaye qurumu olan “Baykar”ın rəsmi feysbuk hesabında paylaşım edilib.
Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır.