Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyənin təhlükəsizlik qüvvələri terror aktı hazırlayan PKK üzvünü yaxalayıb

Suriyada “Fərat qalxanı” əməliyyatı bölgəsində terror aktının qarşısı alınıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.

Belə ki, Cerablusda təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı 10 kq partlayıcı ilə doldurulmuş bomba ələ keçirilib.

“Cerablusda terror aktı hazırlayan PKK/PYD terror təşkilatının üzvü “Fərat qalxanı” əməliyyatı bölgəsində ələ keçirilib”, – nazir yazıb.

Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, təhlükəsizlik və kəşfiyyat qüvvələrinin əlaqələndirilmiş fəaliyyəti sayəsində 10 kq partlayıcı ilə doldurulmuş bombadan istifadə etməklə terror aktının qarşısını almaq mümkün olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …