Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyənin XİN başçısı ABŞ-yə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 8-də ABŞ-nin paytaxtı Vaşinqtona səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının noyabrın 11-də keçirilmiş Fövqəladə Birgə Zirvəsində Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya daxil olmaqla ölkələrin xarici işlər nazirlərinə Qəzzada müharibəni dayandırılması və daimi sülhün bərqərar olması istiqamətində beynəlxalq təşəbbüslər göstərmək tapşırılıb. Nazirimiz bu birgə diplomatik səylər çərçivəsində təmaslar aparmaq üçün 8 dekabr 2023-cü il tarixində Vaşinqtona səfər edəcək”, – mətbuat xidməti açıqlayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …