Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Türkiyənin XİN başçısı qətərli həmkarı ilə İsrail və HƏMAS arasındakı mümkün razılaşmanı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Telekanalın əldə etdiyi məlumata görə, Fidan həmkarı ilə Qətər və Misirin səyi nəticəsində İsrail və HƏMAS-a təqdim olunmuş çərçivə razılaşması ilə bağlı son vəziyyəti müzakirə edib.

Türkiyənin baş diplomatı sözügedən razılaşma ilə əlaqədar Ankaranın dəstəyini vurğulayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …