Türkiyənin yerli istehsal olan “Yeni Altay” tankları sınaqlara hazırdır.
Boyukmillet.com xəbər verir ki, tank kütləvi istehsaldan əvvəl 6 min sınaqdan keçiriləcək.
“Yeni Altay”ın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Tankın kütləvi istehsalı uğurlu sınaqlardan asılıdır.
Həmçinin bildirilib ki, “Yeni Altay” bir çox keyfiyyətinə görə, digər oxşar texnikalardan fərqlənir.
Xatırladaq ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.
“Yeni Altay” nisbətən yüngülliyi sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.
“Yeni Altay” keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir. Tank aprelin 23-də Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
Yeni Altay Tankı testlere hazır… Milli tank 6 bin zorlu testten geçirilecek pic.twitter.com/HINfVbPkH0
— A Haber (@ahaber) May 1, 2023