Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Türkiyəyə qarşı Süleymaninin müavini vuruşur – Şok

Türkiyə Suriyada keçirilmiş “Sülh çeşməsi” antiterror əməliyyatı zamanı həm Rusiya, həm də ABŞ-la əməkdaşlıq edib. Türkiyə NATO-nun üzvüdür. Eyni zamanda Rusiya ilə yüksək səviyyəli strateji əlaqələri də inkişaf etdirməkdədir.

Boyukmillet.com xəbər verir ki bu sözləri  türkiyəli ekspert Həsən Oqtay son zamanlar Türkiyə ilə Rusiya münasibətlərinin Suriya fonunda gərginləşməsini şərh edərkən deyib.

“İdlib mövzusunda Türkiyə ilə Rusiya ciddi mənada fikir ayrılığı yaşadı. Lakin bu fikir ayrılığı daha ciddi hal ala və tərəfləri real qarşıdurmaya gətirib çıxara bilməz. Çünki tərəflər arasında “Türk axını” və “Akkuyu” kimi böyük layihələrdə əməkdaşlıq ən yüksək səviyyədə davam edir”, – Həsən Oqtay qeyd edib.

Ekspertin sözlərinə görə, iranlı general Qasım Süleymaninin qətlindən sonra Suriyada Türkiyəyə qarşı bir canlanma müşahidə olunur:

“Bəşər Əsəd qüvvələri olaraq qələmə verilən və İdlibə qarşı hərəkətə keçən ordu Qasım Süleymaninin müavini Mahir Əsədin komandanlığı altında hərəkət edir. Başqa sözlə desək, bölgədə güclərini itirmədiklərini göstərməyə çalışan İran qüvvələri var. Lakin bütün bunlar Türkiyə ilə Rusiya əlaqələrinə yaxın gələcəkdə zərbə vura bilməz. Hətta Türkiyənin balanslı siyasəti ilə həm Rusiya, həm də ABŞ-la yaxşı münasibətlər qurması gözləniləndir. İdlib problem yaxın gələcəkdə həll olunacaq və ərazi əvvəlki vəziyyətinə qayıdacaq”.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …