Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkmənistan Prezidenti Nazirlər Kabinetində kadr dəyişikliyi edib

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov hökumətdə kadr yerdəyişmələri edib.

Boyukmillet.com xəbər verir ki, dövlət başçısı hökumətin və Təhlükəsizlik Şurasının 2022-ci ilin ilk 5 ayının yekunlarına həsr olunmuş iclasında müvafiq sərəncamlar və qərarlar imzalayıb.

Beləliklə, Prezidentin sərəcamı ilə işində yol verdiyi nöqsanlara görə Esenmırat Orazgeldiyev Türkmənistan Nazirlər Kabineti sədrinin sənaye kompleksi üzrə müavini vəzifəsindən azad edilib. Onun yerinə daha əvvəl Türkmənistan Prezidentinin kənd təsərrüfatı məsələləri üzrə müşaviri Annageldi Yazmıradov təyin edilib.

Bundan başqa, işində yol verdiyi nöqsanlara görə Nazirlər Kabineti sədrinin ticarət kompleksi üzrə müavini Çarı Qılıcov vəzifəsindən azad olunub. Bu vəzifəyə daha əvvəl Türkmənistanın Baş prokuroru olmuş Batır Atdayev təyin edilib.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …