Cümə , 29 Mart 2024
Drone Cameras

Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən qəza baş verib

Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bərgüşad-Göyçay yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Cavanşir Ağarəhim oğlu Kərimovun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə “Opel” markalı minik maşınının toqquşması nəticəsində hər iki avtomobil yoldan çıxaraq yaxınlıqdakı su arxına düşüblər və ikisi azyaşlı olmaqla 5 nəfər Göyçay rayon sakinləri – 1995-ci il təvəllüdlü Əfsanə İsa qızı Kərimova, anası, 1970-ci il təvəllüdlü Şövqiyə Zaman qızı Həmidova, övladları, 2001-ci il təvəllüdlü Məriyəm Ceyhun qızı Kərimova2019-cu il təvəllüdlü Ömər Ceyhun oğlu Kərimli və hələlik şəxsiyyəti məlum olmayan “Opel” markalı maşının sürücüsü müxtəlif dərəcəli xəsarət alıblar.

Toqquşmanın təsirindən avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar FHN-nın əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Zərərçəkənlər əvvəlcə Ucar Rayon Mərkəzi Xəstəxanasına oradan isə Göyçay Rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

.

Check Also

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə narkotik vasitələr satmaqda şübhəli bilinən Ağstafa rayon …