Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ukrayna əks-hücum üçün 40 min döyüşçü hazırlayır

Ukrayna Daxili İşlər Nazirliyi 40 min nəfəri əks-hücuma hazırlıq üçün təlim keçir.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Kursantlardan Ukrayna Daxili İşlər Nazirliyi səkkiz briqada təşkil edir, onlar “Polad Sərhəd”, “Qasırğa”, “Spartalı”, “Çervona Kalina”, “Cəbhə”, “Qəzəb”, “Azov” və “Kara-Dağ” (Krımdakı dağın şərəfinə) adlarını alacaqlar.

Briqadaların cəbhənin ən çətin sektorlarına yerləşdiriləcəyi gözlənilir.

Ukraynanın daxili işlər naziri İqor Klimenko Ukraynanın hələ də əhəmiyyətli səfərbərlik potensialına malik olduğuna inanır və qeyd edib ki, könüllülər arasında qadınlar və hərbi xidmət keçməyənlər də var.

Check Also

Xamenei ilə Tehranda vida mərasimi təxirə salınıb

İranın keçmiş ali rəhbəri ayətullah Seyid Əli Xamenei ilə Tehranda məsciddə keçirilməsi nəzərdə tutulan vida …