Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Ukrayna ABŞ-dan 2,5 milyard dollar qrant alacaq

Ukraynanın maliyyə naziri Serqey Marçenko və Dünya Bankının Şərqi Avropa (Belarus, Moldova və Ukrayna) üzrə regional direktoru Arup Banerji Ukraynaya ABŞ-dan 2,5 milyard dollar məbləğində ikinci qrantın verilməsi haqqında saziş imzalayıblar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Birinci qrantın həcmi 1,25 milyard dollar təşkil edib. Vəsait Ukraynada dövlət büdcəsi xərclərinin qismən ödənilməsi üçün istifadə olunacaq. 2023-cü ildə Ukrayna bu layihə üçün artıq dörd qəbz alıb.

2023-cü ildə ABŞ-ın Ukraynaya ayırdığı qrantların məbləğinin 9,9 milyard dollar olacağı planlaşdırılır.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …