Cümə , 27 Mart 2026
Drone Cameras

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 215 640 hərbçisi məhv edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 926 tank, 7 631 zirehli maşın, 3 300 operativ-taktiki PUA, 3 736 artilleriya sistemi, 362 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 299 helikopter, 6 461 avtomobil və tanker, 509 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərində nəzarəti ələ almaq cəhdlərinə davam edir. Ukrayna Zaporojye vilayətinin qərbində əks-hücum zamanı uğur qazanıb.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …