Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Ukrayna hökuməti əhaliyə vəziyyətin gərginləşə biləcəyi barədə xəbərdarlıq edib

“Rusiyalı hərbçilərin Kiyev və Çerniqov vilayətlərindən çıxmasının səbəbi heç də onların təqdim etdikləri kimi deyil”.

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib.

“Rusiya tərəfi deyir ki, bu, danışıqların növbəti raundu ərəfəsində jestdir. Əslində bu, ordumuzun, hakimiyyət orqanlarının və bütün Ukrayna xalqının iradəsinin nəticəsidir” , – o, bildirib.

Vereşuk, həmçinin əhaliyə vəziyyətin gərginləşə biləcəyi barədə xəbərdarlıq edib:

“Ona görə Xarkov, Luqansk və Donetsk vilayətlərinin əhalisindən şəhərlərdən çıxmalarını xahiş edirik. Bizim indi buna ehtiyacımız var. Fürsət varkən evakuasiya lazımdır”, – baş nazirin müavini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov rus ordusunun Ukraynanın şimalından çıxmasına münasibət bildirmişdi. O, bunun jest olduğunu söyləmişdi.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …