Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Ukrayna ilə Rusiya arasında 15 maddəlik sülh planı… Əsas problem Krım və Donbas olacaq…

Britaniyanın “Financial Times” qəzeti Rusiya ilə Ukrayna arasında 15 maddədən ibarət müvəqqəti sülh planının olduğunu, bu maddələrə əsasən atəşkəsin əldə ediləcəyini, Ukraynanın neytrallığını elan edəcəyini və silahlı qüvvələrinin məhdudlaşdırılmasını qəbul edəcəyini iddia edib. Ardından Rusiya ordusu Ukraynadan çəkiləcək.

Qəzet danışıqlarla bağlı üç rəsmiyə istinad edərək tərəflərin 15 maddədən ibarət müvəqqəti sülh planında əhəmiyyətli irəliləyiş əldə etdiyini yazıb.

Bununla belə, müvəqqəti sülh planına əsasən, Ukrayna NATO-ya üzv olmaqdan imtina edəcək və həmçinin xarici hərbi bazalara və ya silahlara ev sahibliyi etməyəcəyinə zəmanət verəcək. Bunun müqabilində Ukraynanın təhlükəsizliyi ABŞ, Böyük Britaniya və Türkiyə kimi müttəfiqləri tərəfindən təmin ediləcək.

Qeyd olunub ki, Moskva Krımın Rusiya ərazisi, Donbasın isə respublika kimi tanınmasını istəyir. Ukrayna tərəfi isə razılaşma üçün birinci Rusiya qoşunlarının bütün Ukraynadan çıxarılmasını tələb edir. Krım və Donbass məsələsinin razılaşmada problem ola biləcəyi bildirilib.

Sözügedən 15 maddəlik layihənin ilk dəfə bazar ertəsi müzakirə edildiyi bildirilir.

“Financial Times”ın iddiası ilə bağlı Kremldən isə “hər hansı sövdələşməni elan etmək üçün çox tez” olduğunu deyiblər. Kremlin sözçüsü Peskov qəzetin açıqladığı bəzi məlumatların həqiqəti əks etdirdiyini bildirib, lakin hansı maddələri nəzərdə tutduğunu açıqlamayıb.

Tahir TAĞIYEV

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …