Çərşənbə axşamı , 13 May 2025
Drone Cameras

Ukrayna müdafiə naziri: “Torpaq donandan sonra əks-hücuma keçəcəyik”

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov hava şəraiti ilə əlaqədar cəbhədə fəallığın azaldığını, lakin torpaq donandan sonra Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyini bildirib.

Boyukmillet.com “Strana” nəşrinə istinadən xəbər verir ki, bu barədə ukraynalı nazir isveçli həmkarı Pol Yonsonla birgə mətbuat konfransında deyib.

“Hesab edirəm ki, aktivliyin azalması hava şəraiti ilə bağlıdır. Lakin Ukrayna Silahlı Qüvvələri dayanmaq fikrində deyil. Ona görə də yerin sərtləşdiyi andan istifadə edərək, əminəm ki, əks-hücumlarımızı, ərazilərimizin azad edilməsi üzrə kampaniyamızı davam etdirəcəyik”, – o vurğulayıb.

O.Reznikov qeyd edib ki, Ukraynanın planı “çox sadədir – bu, Ukraynanın bütün müvəqqəti işğal edilmiş ərazilərinin Ukrayna sərhədlərinin beynəlxalq səviyyədə tanındığı 1991-ci il vəziyyətinə qədər azad edilməsidir”.

Check Also

Baş Prokurorluq Koçaryanın qanunsuz yolla əldə etdiyi əmlakın müsadirə edilməsini tələb edib

Ermənistan Baş Prokurorluğu ikinci prezident Robert Koçaryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz …