Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı məlumat yayıb

Ukrayna Müdafiə Nazirliyi ölkədəki son durumla bağlı operativ məlumat yayıb.

Boyukmillet.com -un xəbərinə görə, nazirlikdən bildirilib ki, Rusiya qoşunlarına qarşı müqavimət davam edir:

“Rusiyanın əsas məqsədi Kiyevi mühasirəyə almaq və blokadaya alınmış yaşayış məntəqələrində müqaviməti zəiflətməkdir. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələrinin qrupları əməliyyat ehtiyatlarının böyük hissəsini tükəndirdi. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə, resursları köçürməyə başladı. Rusiya altı BTQ-nin köməyi ilə Mariupol şəhəri ətrafında mühasirəni davam etdirməyə çalışır”.

Məlumata görə, Rusiya hərbçiləri Qara dəniz sahillərini tutmaq iddialarından əl çəkmirlər: “Rusların taktikasında dəyişiklik olub. Onlar əhaliyə psixoloji təsir etməyə çalışırlar. Bu günlərdə qarşı tərəfin dezinformasiya yayması gözlənilir. Xalqımız ayıq-sayıq olmalıdır”.

Check Also

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, 353 nəfər saxlanılıb

Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin daxili …