Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ukrayna ordusu: Rusiyanın 4 generalı, 3 polkovniki öldürülüb

Müharibə zamanı Ukrayna hərbçiləri tərəfindən Rusiya qoşunları ali komandanlığının azı 10 üzvü öldürülüb.

Boyukmillet.com xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiya ordusunun öldürülən general, polkovnik və polkovnik-leytenantlarının adlarını açıqlayıb.

Qeyd edilir ki, döyüşlərdə general-mayorlar – Maqomed Tuşayev, Vitali Gerasimov, Andrey Kolesnikov, Andrey Suxovetski, polkovniklər – Andrey Zaxarov, Sergey Poroxnyu, İqor Nikolayev, polkovnik-leytenantlar – Yuri Aqarkov, Dmitri Sofronov, Mixail Yermolin öldürülüblər.

Mərkəz bildirib ki, təqdim edilən siyahı tam deyil.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …