Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ukrayna Rusiyanın 7 hücumunun qarşısını alıb, 1 təyyarəsini, 4 PUA-sını məhv edib

Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın 7 hücumunun qarşısını alıb, 1 təyyarəsini və 1 reaktiv yaylım atəşi sistemini məhv edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.Bildirilib ki, Rusiya qoşunları Xarkov, Luqansk və Donetsk vilayətləri istiqamətində hücuma keçməyə cəhd edib, lakin Ukrayna müdafiəçiləri bunun qarşısını alıb.Ukrayna müdafiə qüvvələrinn aviasiyası ötən sutkada Rusiyanın 7 zenit-raket kompleksi üzrə döyüş mövqeyinə, habelə 2 vacib obyektinə havadan 20 zərbə endirib. Ukrayna müdafiəçiləri Rusiyanın bir “Su-25” qırıcısını, 2 “Orlan-10” PUA-sını və 2 “Lanset-3” dron-kamikadzesini məhv ediblər.Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə Silahlı Qüvvələrinin Rusiya ordusundan dəfələrlə güclü olduğunu vurğulayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …