Şənbə , 7 Mart 2026
Drone Cameras

Ukrayna səfiri və TRACECA nümayəndəsi Orta Dəhliz barədə müzakirələr aparıblar

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Orta Dəhliz boyu əməkdaşlıq, iqtisadi əlaqələrin gücləndirilməsi və birgə infrastruktur layihələri barədə fikir mübadiləsi apardıq. Regional tərəfdaşlıqların gücləndirilməsi bizim üçün çox vacibdir”, – paylaşımda qeyd edilib.

Check Also

Azərbaycan ADB-nin yeni nəsil sərhəd buraxılış məntəqələrinin yaradılması layihəsi üzrə ölkələr sırasına daxil edilib

Asiya İnkişaf Bankı (ADB) sərhəd buraxılış məntəqələri üzrə potensial layihələrin icrasına prinsipial olaraq yeni yanaşma …