Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Ukrayna Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Rusiya hərbçilərini Xerson vilayətinin Novovorontsovski rayonunun Osokorovka kəndindən çıxarıb. Kənd rayon mərkəzindən cənubda yerləşir və Dnepropetrovsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşir.

Bu, Ukrayna ordusu bölmələrinin hücumu nəticəsində baş verib.

Daha əvvəl müdafiə naziri Aleksey Reznikov deyib ki, müdafiəçilər Xerson vilayətində işğalçıları geri oturdublar.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …