Cümə , 3 Aprel 2026
Drone Cameras

Ukraynada azərbaycanlı ailənin meyitləri tapılıb

Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb.

“Report”un Şərqi Avropa bürosunun Xarkov vilayətində olan əməkdaşının məlumatına görə, 45 yaşlı Əlişir Nurullayev, onun həyat yoldaşı və azyaşlı övladının meyitləri tanınmaz halda tapılıb.

Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar.

Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub.

Hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.

Check Also

Gürcüstanda immiqrasiya vizası almaq üçün minimum 150 min dollarlıq əmlak tələb olunacaq

Gürcüstanda əmlak mülkiyyəti əsasında verilən D5 kateqoriyalı immiqrasiya vizası üçün tələblər sərtləşdirilib. “Report”un yerli bürosunun …